Putin Ukrayna ilə sərhəddə bufer zona yaradılmasına göstəriş verib

Rusiya Ukrayna ilə sərhəddə təhlükəsizlik zonasının yaradılması barədə qərar verib.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi operativ müşavirədə məlumat verib.
Putinin sözlərinə görə, bu tapşırıq hazırda Rusiya Silahlı Qüvvələri tərəfindən yerinə yetirilir.
“Sərhədyanı rayonlardakı vəziyyəti nəzərə alaraq, dağıdılmış hər şeyi bərpa etmək və yenidən qurmaq vacibdir. Təhlükəsizlik imkan verdikdə, insanlara doğma yaşayış məntəqələrinə qayıtmaqda yardım edilməlidir”, – deyə prezident bildirib.
O, əlavə edib ki, infrastrukturun bərpası, kiçik biznesin və sənaye və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinin dəstəklənməsi də xüsusi əhəmiyyət kəsb edir.