Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı


Azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti AdministrasiyasınınAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın bu gün Ağdam şəhərində keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu