Məhərrəmlik iyunun 26-da başlayacaq


Azərbaycanda Məhərrəm ayı iyunun 26-da başlayacaq

AFN.az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi təqviminə əsasən xəbər verir ki, 2025-ci ildə Məhərrəm ayı iyunun 26-da başlayacaqiyulun 25-də başa çatacaq.

Aşura günü isə iyulun 5-nə təsadüf edəcək.

QMİ dini mərasimlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə, ictimai asayiş pozulmadan və dini-etnik harmoniyanın qorunması şərti ilə keçirilməsini tövsiyə edir.

Xatırladaq ki, Məhərrəm ayı islam dünyasında hüzn və mərsiyə ayı kimi tanınır və Aşura günü Kərbəla hadisəsi ilə bağlı xüsusi dini əhəmiyyət daşıyır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu