Finlandiya hava məkanının pozulması səbəbilə Rusiyanın səfirini XİN-ə çağırdı


Finlandiya Xarici İşlər Nazirliyi ölkənin hava məkanını pozduğu iddia edilən iki Rusiya hərbi təyyarəsi ilə bağlı Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsovu izahat üçün nazirliyə çağırıb.

"Yle News"un məlumatına görə, yerli səlahiyyətlilər 23 may tarixində Porvoo şəhəri sahilləri yaxınlığında Rusiyaya məxsus iki hərbi təyyarənin Finlandiya hava məkanına daxil olduğunu təsdiqləyiblər.

Bu açıqlama, Finlandiya Müdafiə Nazirliyinin eyni tarixdə yaydığı və hava məkanının pozulmasından şübhə edildiyini bildirən məlumatı dəqiqləşdirib.

Xarici İşlər Nazirliyi Rusiyadan rəsmi izahat tələb etmək üçün səfir Pavel Kuznetsovun nazirliyə çağırıldığını açıqlayıb.

Finlandiya Müdafiə Nazirliyi isə 23 may tarixində sosial media platforması X üzərindən paylaşım edərək, Rusiyaya məxsus hərbi təyyarələrin ölkənin hava məkanını pozduğundan şübhələndiklərini bildirmişdi. Son açıqlama bu şübhəni rəsmi təsdiqə çevirmiş olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu