Əfv olunan Xalidə İsgəndərova vəzifəli şəxsin həyat yoldaşı imiş...


Əfv olunanlar arasında bir qadının adı var - Xalidə İsgəndərova. Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini Füzuli İsgəndərovun həyat yoldaşıdır. O, ərinin qətlinə görə 18 il azadlıqdan məhrum edilib.



AFN.az xəbər verir ki, bunu jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, sonradan apellyasiya məhkəməsi Xalidə İsgəndərovanın cəzasını iki il azaldıb: "2015-ci ildən həbsdə olan qadının cəzasının qalan hissəsi yarıbayarı azaldıldı.
Onun məhkəməsini əvvəldən sona qədər izləmişdim. Gördüm ki, kifayət qədər yüksək vəzifədə işləyən, neçə-neçə evləri, obyektləri olan bir məmurun öz evində rahatlıq yox imiş. Rahatlıq nədir, əsl dərəbəylik imiş. Hələ mən ən yumşaq ifadələri yazıram.
Xalidə İsgəndərova abırlı qadın idi. Hiss olunurdu ki, o, evdə ixtiyar sahibi deyil, nə ərinə, nə də iki qızına söz deyə bilir. Bir dəfə dedi ki, anamgilə getmək üçün taksipulu tapa bilmirdim".



Məhkəmə zamanı məlum olub ki, Füzuli İsgəndərova evinə bitişik qarajda 56-57 bıçaq zərbəsi vurulub. A.Məmmədovanın sözlərinə görə,
X.İsgəndərova sona qədər qətli onun törətmədiyini desə də, məhkəmə onu təqsirli bilib və qadın 10 ildir həbsdədir.



Qeyd edək ki, Xalidə İsgəndərova 2015-ci ildən həbsdədir və artıq cəzasının 10 ilini çəkib. Müvafiq sərəncamla müddətin qalan hissəsi yarıbayarı azaldılıb ki, bu da onun təxminən 3 il sonra azadlığa çıxacağı deməkdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu