Xəstəxana ləvazimatlarını "yeyən" yeni bakteriya növü aşkar edilib


Yeni aparılan elmi araşdırma nəticəsində xəstəxanalarda istifadə olunan bioloji parçalanan plastikləri qida mənbəyi kimi istifadə edən bakteriya növü aşkarlanıb. Bu kəşf xəstəxana infeksiyalarının artmasıilə bağlı ciddi narahatlıqlar doğurub.

İngiltərədə aparılan tədqiqatda məlum olub ki, Pseudomonas aeruginosa adlı təhlükəli bakteriyanın bəzi növləri tibbi cihazlarda istifadə olunan bioplastiklərihəm parçalaya, həm də onlardan qidalanaraq yaşaya bilir.

Bakteriya yaralı bir xəstənin infeksiyasındantəcrid olunub. Alimlər bu bakteriyanın plastiki parçalayan və enerji əldə etməsini təmin edən xüsusi fermentə malik olduğunu bildiriblər. Bu fermentə “Pap1”adı verilib.

Laboratoriya təcrübələri göstərib ki, bakteriya yalnız plastiki parçalamaqla kifayətlənmir, eyni zamanda bu materialdan enerji alaraq çoxalırBu da tibbi mühitlər üçün ciddi təhlükə yaradır.

P. aeruginosa bakteriyası həmçinin biofilmadlı qoruyucu təbəqə yarada bilir ki, bu da onu antibiotiklərə və immun sistemə qarşı daha davamlı edir. Araşdırmada məlum olub ki, plastik üzərində yaranan biofilmlər daha böyük və möhkəmolur. Bakteriya parçalanmış plastikləri biofilmin strukturuna daxil edərək onu sanki bir “sement” kimi gücləndirir.

Bu nəticələr plastik əsaslı kateterlər, ortopedik implantlar, hidrojel yastıqlarkimi tibbi cihazların infeksiyalara qarşı nə qədər həssas olduğunu göstərir. Belə bakteriyalar bu cihazlara yerləşərək müalicə prosesinə zərər vurabilər.

Mütəxəssislər bildirir ki, tibbi cihazların istehsalında artıq yalnız funksionallıq deyil, mikroblara qarşı davamlılıqda nəzərə alınmalıdır. Bu səbəbdən gələcəkdə bu cihazlara antimikrob maddələrin əlavə olunmasıvacib ola bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu