ABŞ-da coli bakteriyası bu dəfə yerköküdə çıxdı
ABŞ-ın 18 ştatında qablaşdırılan yerkökülərdə E.Coli bakteriyasının aşkar edildiyi bildirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) bir şirkətə məxsus qablaşdırılmış orqanik köklərdə E.coli bakteriyasının aşkar edildiyini açıqlayıb.
ABŞ-da qablaşdırılmış orqanik kök istehlakı səbəbindən E.coli bakteriyasına yoluxan 39 nəfərdən birinin öldüyü, 15 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, sözügedən şirkət tərəfindən satılan bütün qablaşdırılmış köklər supermarket rəflərindən yığılıb, müştərilər aldıqları məhsulları yoxlamaq üçün çağırılıb.
İnsan və heyvanların bağırsaqlarında tapılan coli bakteriyaları ümumiyyətlə zərərsiz olsa da, bəzi növləri qida zəhərlənməsi, sidik yolları və qan dövranı infeksiyalarına səbəb ola bilər.
Bundan əlavə, CDC-nin məlumatına görə, E.coli bakteriyası ABŞ-da ildə təxminən 70 min infeksiyaya səbəb olur və bu səbəbdən hər il 2 mindən çox insan müalicə olunur.
ABŞ-ın 14 ştatında McDonald's restoranlarında istehsal olunan hamburgerlərdə aşkar edilən E.coli bakteriyasına görə 104 nəfər xəstələnib.