ABŞ-da şirniyyatdan "Listeria" bakteriyasına yoluxan 9 nəfər ölüb
ABŞ-ın Merilend ştatında səhiyyə orqanları tərəfindən aparılan müayinədə "Boar's Head" şirkətinin istehsal etdiyi məhsulda "Listeria" bakteriyası aşkar edilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) rəsmi saytında verilən açıqlamada, ABŞ-ın "Boar's Head" şirkətinin şirniyyat məhsullarından istifadə edən 57-dən çox adamın xəstəxanaya yerləşdirildiyi bildirilib.
CNN-in məlumatına görə, bildirilib ki, may ayından bəri “Boar's Head” şirkətinin dilimlənmiş şirniyyat məhsullarını yeyən 9 nəfər "Listeria" bakteriyası ilə qida zəhərlənməsindən dünyasını dəyişib.
Xəstəliklərin sayının indiyə qədər bildirilənlərdən daha çox ola biləcəyini açıqlayan CDC, bunun 2011-ci ildən bəri ABŞ-da ən böyük "Listeria" epidemiyası olduğunu vurğulayıb.
Şirkət 3 milyon kiloqramdan çox delikates məhsulunu bakteriya riskinə görə geri çağırıb. Şirkətdən verilən açıqlamada geri çağırılan məhsulların hamısının supermarket rəflərindən toplandığı bildirilib.
"Listeria" bakteriyası yüksək hərarət, qusma və ishal kimi simptomlara səbəb olur. Yaşlılar, hamilə qadınlar, körpələr, QİÇS və zəif immun sistemi olan diabet xəstələri bakteriyalardan ən çox təsirlənir.