İsrail Sənadakı hava limanına zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri husilərin nəzarətində olan Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanına silsilə zərbələr endirib.
AFN.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri Səna hava limanına azı dörd zərbə endirib. "Yemenia Airways" şirkətinə məxsus təyyarə, həmçinin hava limanının uçuş zolağı vurulub.