"Özsüt Azerbaijan"ın 3 milyon manatdan çox vergi borcu var

"Özsüt Azerbaijan” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, şirkətin hazırda 3 169 490,6 manat vergi borcu var.
Qeyd edək ki, "Özsüt Azerbaijan” 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı cəmi 20 manat-dır. Şirkətin qanuni təmsilçisi Vəliyev Rəhman Qadir oğludur.
"Özsüt Azerbaijan” MMC iaşə sahəsində fəaliyyət göstərir və Bakı və regionlarda eyni adlı restoranlar şəbəkəsinə sahibdir.