Azərbaycan hərbçisinin minaya düşməsi ilə bağlı cinayət işi başlandı

Azərbaycan Ordusunun hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə AFN.az-a Respublika Hərbi Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlanılıb.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.