“Akkord” şirkətinin 1,1 milyonluq vergi borcu üzə çıxdı

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"na daxil olan "Akkord Hydrotechnical Construction Company" MMC-nin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin vergi borcu hazırda 1 193 755,27 manat təşkil edir.
"Akkord Hydrotechnical Construction Company" MMC 26 yanvar 2015-ci ilə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 274 541,46 manat-dır. Şirkətin qanuni təmsilçisi Şirinov Şahin Şəmsi oğludur.
Bir neçə ay əvvəl məlumat yayılmışdı ki, Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən şirkətin müflis elan olunması, aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin olunması barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.
Məhkəmə nəticəsi barədə açıq mənbələrdə hələlik məlumat yoxdur.