Şuşada D-3 yaşayış massivində 10 yeni bina tikiləcək – 49 milyonluq layihə


Şuşa şəhərində bərpa, yenidənqurma və quruculuq işləri geniş vüsət alıb.



Trend-in məlumatına görə, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinin D-3 yaşayış massivində nəzərdə tutulan 10 yaşayış binasının (1-ci mərhələ) tikintisi həyata keçiriləcək.



Bu məqsədlə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi artıq müvafiq hazırlıq işlərinə başlayıb və layihəni icra edəcək şirkətin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir.



Proqnozlara əsasən, bu tikinti işləri 49,1 milyon manata başa gələcək.



Xatırladaq ki, bir müddət əvvəl D-4 yaşayış massivində də (1-ci mərhələ) 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının, həmçinin D-4 massivindəki 12 binanın (2-ci mərhələ) tikintisi, abadlıq işləri və sahədaxili kommunikasiya qurğularının inşasına start verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu