HƏMAS və İsrail Qəzzada 60 günlük atəşkəsə razılaşıblar

HƏMAS hərəkatı və İsrail Qəzza zolağında 60 günlük atəşkəs barədə razılığa gəliblər.
AFN.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.
Telekanalın mənbələri bildirib ki, artıq ABŞ prezidentinin elçisi Stiven Vitkoffa münaqişə tərəflərinin onun təklif etdiyi saziş layihəsini təsdiqlədiyi barədə məlumat verilib.
"ABŞ prezidenti Donald Trampın yaxın bir neçə saat ərzində razılaşmanı elan edəcəyi gözlənilir" - deyə materialda qeyd edilib.