İyun üçün Azərbaycanda hava proqnozu açıqlandı


Respublika ərazisində 2025-ci il iyun ayına olan hava proqnozu açıqlanıb.



AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.



Bildirilib ki, iyun ayı yay fəslinin ilk ayıdır. İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Temperatur rejimi tədricən yüksəlir və may ayına nisbətən 4-5 dərəcə yüksək olur. Lakin bəzi günlərdə əsasən şimal və qərb ərazilərindən daxil olan siklonların təsiri nəticəsində hava şəraiti qeyri-sabit keçir.



Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.



Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur.



Birinci ongünlüyün ilk günlərində əksər bölgələrdə hava şəraiti əsasən yağmursuz keçsə də, lakin bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.



Bakıda və Abşeron yarımadasında: Orta aylıq temperatur 23-26 dərəcə isti. Gecələr 19-24°, gündüzlər 28-33°, bəzi günlərdə 36-39°. Yağıntı normaya yaxın (9-12 mm).



Naxçıvan və rayonlarında: Temperatur 23-26°, gecələr 18-23°, gündüzlər 29-34°, bəzi günlərdə 37-40°. Yağıntı normaya yaxın (21-35 mm).



Xankəndi, Şuşa, Goranboy və s.: Orta temperatur 18-22°, gecələr 12-17°, gündüzlər 19-24°, bəzi günlərdə 29-34°. Yağıntı normaya yaxın (63-130 mm).



Şərqi Zəngəzur: Temperatur 19-22°, gecələr 11-16°, gündüzlər 19-24°, bəzi günlərdə 28-33°. Yağıntı normaya yaxın (38-86 mm).



Qazax, Gəncə və ətraf rayonlar: Temperatur 23-25°, gecələr 18-23°, gündüzlər 28-33°, bəzi günlərdə 36-39°. Yağıntı normaya yaxın (46-58 mm).



Şimal-qərb və şimal-şərq bölgələri: Temperatur 20-24°, gecələr 17-22°, gündüzlər 23-28°, bəzi günlərdə 33-38°. Yağıntı normaya yaxın (18-179 mm).



Mərkəzi Aran və Kür-Araz ovalığı: Temperatur 24-28°, gecələr 19-24°, gündüzlər 29-34°, bəzi günlərdə 37-41°. Yağıntı normaya yaxın (12-49 mm).



Cənub bölgələri: Temperatur 22-25°, gecələr 18-23°, gündüzlər 28-33°, bəzi günlərdə 35-37°. Yağıntı normaya yaxın (29-47 mm).




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu