Araz Musayevin son durumu açıqlandı – Xəstəxanadan FOTO

Antalyada bıçaqlanan Muay Tay üzrə 9 qat dünya çempionu Araz Musayevin xəstəxanadan son görüntüsü yayılıb.
AFN.az
xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Musayevin hazırda durumu sabitləşib və o, palataya köçürülüb.
Sosial şəbəkələrdə paylaşılan fotolarda onun vəziyyətinin yaxşılaşdığı görünür.
Xatırladaq ki, Araz Musayev mayın 28-də Antalyada hücuma məruz qalmışdı. Hadisə ilə bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam edir.
Musayev daha öncə Gənclər və İdman Nazirliyinin vəzifəli şəxsi Elnur Məmmədovu təzyiqdə ittiham etmişdi.