Azərbaycan minifutbol yığması dünya çempionu oldu


Minifutbol üzrə Azərbaycan yığma komandası Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının qalibi olub.



AFN.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstanı məğlub edib - 4:2.



Görüşün əvvəlindən təşəbbüsü ələ alan meydan sahibləri ilk 10 dəqiqə ərzində 3 qol vurub. Təmkin Xəlilzadə 2-ci, Məhəmməd Xəlilov 8-ci, Rəvan Kərimov 10-cu dəqiqədə fərqlənib.



11-ci dəqiqədə Sombor Kövesdi fərqi azaldıb.



İkinci hissəyə də Azərbaycan millisi fəal başlayıb. 29-cu dəqiqədə Kərimov özünün ikinci, komandasının dördüncü qolunu vurub.



50-ci dəqiqədə Bense Lovaş fərqi azaldıb. Lakin bu, yekun nəticədə qələbəyə mane olmayıb.



Bununla da Azərbaycan millisi 2022-ci ildə əldə etdiyi Avropa çempionluğundan sonra dünya çempionu tituluna da sahib çıxıb. Macarıstan ikinci yeri tutub. 3-cü yeri isə Serbiya əldə edib.



Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Monteneqro seçməsini 2:1 hesabı ilə məğlub edib, Macarıstan isə Serbiyanı əsas hissəsi qolsuz heç-heçə ilə bitən matçın penaltilər seriyasında üstələyib - 3:1.



Daha əvvəl dünya çempionu adını ABŞ (2015), Çexiya (2017), Meksika (2019)Rumıniya (2023) qazanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu