Şahdağ Milli Parkında rəhbər dəyişikliyi


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şahdağ Milli Parkında rəhbər dəyişikliyi baş verib.



AFN.az xəbər verir ki, Milli Parkın direktoru Nizamməddin Tağıyev vəzifəsindən azad edilib və yerinə Qurbanov Aqşin Əsədulla oğlu təyin olunub.



Qeyd edək ki, Nizamməddin Tağıyev 2021-ci ildən sözügedən qoruğun direktoru vəzifəsində çalışıb. O, hazırda Bioloji Müxtəlifliyin Qorunması Xidmətində fəaliyyətini davam etdirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu