İsrail ordusu Qəzzada humanitar yardım alanlara atəş açdı – 20-dən çox ölən var


İsrail ordusu əsgərlərinin Qəzza zolağında humanitar yardım paylama məntəqəsi yaxınlığında atəş açdığını etiraf edib, lakin bunun razılaşdırılmış marşrutlardan çıxan bir sıra "şübhəli şəxslərin" narahatlığı səbəbindən edildiyini vurğulayıb.



AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, insident çərşənbə axşamı səhər saatlarında yardım paylama məntəqəsindən təxminən yarım kilometr aralıda insanlar təyin olunmuş marşrutlar üzrə humanitar mərkəzə doğru hərəkət edərkən baş verib.



Açıqlamaya görə, atışma qoşunların onların istiqamətinə doğru irəliləyən bir neçə şübhəli şəxsi fərq etməsindən sonra başlayıb. "Qoşunlar xəbərdarlıq atəşi açıblar və şübhəli şəxslər geri çəkilmədikdən sonra qoşunlara yaxınlaşan bir neçə şübhəli şəxsə əlavə atəş açılıb", - deyə mətbuat xidməti bildirib.



Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı Qəzza zolağının cənubunda humanitar yardımın paylanması mərkəzinin yaxınlığında baş vermiş insident nəticəsində 20-dən çox insanın öldüyünü bildirib. Telekanalın məlumatına görə, bu, İsrail əsgərlərinin humanitar mərkəzə çatmağa çalışan mülki şəxslərə atəş açmasından sonra baş verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu