Niderland hökumət istefa verir – Koalisiya dağıldı


İfrat sağçı Azadlıq Partiyası hakim koalisiyadan çıxdıqdan sonra Hollandiya hökuməti istefasını təqdim edəcək.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə krallığın baş naziri Dik Şof bildirib.

“Nazirlərin iclasında belə qənaətə gəldik ki, Azadlıq Partiyasının getməsi ilə koalisiyanın parlamentdə kifayət qədər dəstəyi yoxdur”, - deyə o, Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

Baş nazir əlavə edib ki, Azadlıq Partiyasının nazirlərinin istefası tələbi ilə dərhal Hollandiya kralı Villem-Aleksandrın yanına gedəcək. Hökumətin qalan üzvləri də istefa verirlər. İstefa ərizəsinin surəti parlamentin aşağı palatasına göndəriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu