DİM tarix tapşırıqları ilə bağlı açıqlama yaydı: abituriyentlər haqlı imiş


Bu gün Dövlət İmtahan Mərkəzində II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib.



DİM-dən verilən məlumata görə, görüşdə tarix fənninə aid və imtahanda istifadə olunan 3 test tapşırığı ilə bağlı səsləndirilən iradlarla əlaqədar müzakirələr aparılıb.



Bu müzakirələrdən sonra DİM-in ekspertlər qrupunun iclası keçirilib və aşağıdakı qərarlar qəbul olunub:



1. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu ilə bağlı aşağıdakı məzmunda təqdim edilən test tapşırığı doğru tərtib edilmiş, qəbul proqramına və dərsliklərə uyğundur.



AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən edin:




  • Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi

  • Qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi

  • Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması

  • F. Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi

  • Hökumətin qanunverici səlahiyyətlərə malik olması



Mövzu: Azərbaycan Xalq Cümhuriyyəti

Sinif: 9, 11 – Azərbaycan tarixi

Doğru cavab: 1, 3, 4



2. “Dünya ölkələri II Dünya müharibəsindən sonra” mövzusunda təqdim edilən mənbə əsasında cavablandırılmalı olan tapşırıq dərslikdəki məlumatlara və mənbə əsaslı tapşırıq tələblərinə uyğundur.



Mənbə:

“1970-ci illərdə Ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibəyə başladılar. Neftin qiymətinin dörd dəfə artması və dünyada iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur etdi. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirdilər. İsrail və müttəfiqləri bu məqsədi Kemp-Deviddə imzalanmış sazişlə həyata keçirməyə nail oldular.”



Tapşırıq: Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi (hər birinə aid bir) amili yazın.



Mövzu: Dünya ölkələri II Dünya müharibəsindən sonra

Sinif: 9, 11 – Ümumi tarix



İzah:



  • İqtisadi amil: Neft şokunun baş verməsi və neftdən beynəlxalq münasibətlərdə təsir vasitəsi kimi istifadə edilməsi

  • Siyasi amil: ABŞ-nin İsraili, SSRİ-nin ərəb ölkələrini dəstəkləməsi



3. Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində “Səfəvilər dövründə Azərbaycan mədəniyyəti” mövzusunda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə təsdiqini tapsa da, dərsliklərdəki ziddiyyətli məlumatlara görə həmin tapşırıq bütün abituriyentlər üçün doğru cavablandırılmış hesab olunur.



Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıraları müəyyən edin.





Mövzu: Azərbaycan mədəniyyəti

Sinif: 8, 10 – Azərbaycan tarixi



Doğru cavab: *




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu