İlon Mask “Dragon” kosmik gəmisini dayandırmayacağını açıqladı


"SpaceX" şirkətinin baş direktoru İlon Mask, əvvəlcə istismardan çıxarılacağı deyilən "Dragon" kosmik gəmilərinin fəaliyyətinin davam etdiriləcəyini açıqlayıb.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanat, Maskın əvvəlki sərt mövqeyindən geri çəkildiyini göstərir.



“Yaxşı, biz Dragon-u istismardan çıxarmayacağıq,” – deyə Mask, iyunun 6-da “X” sosial şəbəkəsində yazıb. O, bu fikri ABŞ-ın sabiq prezidenti Donald Trampla bağlı platformada paylaşılan bir şərhə cavab olaraq bildirib. Şərh müəllifi Maskı vəziyyəti sakit qarşılayıb, bir addım geri çəkilməyə çağırıb.



Qeyd edək ki, iyunun 5-də Donald Tramp, onun şirkətlərinə qarşı hökumət müqavilələrinin ləğvi ilə hədələndikdən sonra, Mask açıqlama verərək "SpaceX"-in "Dragon" kosmik gəmisini istismardan çıxarmağa başlayacağını bildirmişdi. Bu bəyanat, ABŞ-da ciddi rezonans doğurmuş və ölkənin kosmik proqramlarına mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar yaratmışdı.



"Crew Dragon" və "Cargo Dragon" modelləri NASA və digər beynəlxalq tərəfdaşlar üçün astronavtların Beynəlxalq Kosmik Stansiyaya (BKS) daşınması, yüklərin orbitə çatdırılması və geri qaytarılması kimi əsas funksiyaları yerinə yetirir. Bu kapsullar ABŞ-ın kosmosa insan göndərmək imkanlarını təmin edən yeganə vasitələrdən biridir.



"Dragon" proqramı 2020-ci ildən bəri mütəmadi uçuşlarla NASA-nın "Commercial Crew Program" layihəsinin ayrılmaz hissəsi olaraq fəaliyyət göstərir. Əgər proqram dayandırılsa, ABŞ-ın BKS-ə birbaşa insan göndərmək imkanları ciddi zərbə ala bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu