Pentaqon Qrenlandiyanı NORTHCOM-a daxil etməyi planlaşdırır


Pentaqon Qrenlandiyanı ABŞ Şimal Komandanlığının (NORTHCOM) məsuliyyət zonasına daxil etməyi planlaşdırır.



AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.



“Coğrafi nöqteyi-nəzərdən bu məntiqlidir. Amma siyasi baxımdan bu, şübhəsiz ki, Avropada narahatlıq yaradacaq”, – deyə nəşrin həmsöhbətlərindən biri bildirib.



Məlumata görə, Qrenlandiya bu həftədən etibarən Avropa Komandanlığının (EUCOM) yurisdiksiyasından çıxarıla bilər.



Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək üçün Amerika hərbçilərini adaya göndərə biləcəyini bəyan etmişdi. Siyasətçi bu qərarın müəyyən şərtlər daxilində verilə biləcəyini vurğulamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu