Tramp Qrenlandiyanı ABŞ-a birləşdirmək ideyasından əl çəkməyib


ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın istənilən vasitə ilə Birləşmiş Ştatlara qoşulması ideyasına sadiq qalmaqda davam edir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə təsdiqləyib.

O bildirib ki, Tramp Qrenlandiyanın Arktikadakı strateji məqsədlərinə sadiqdir. "O, regionda milli təhlükəsizlik maraqlarımızı inkişaf etdirmək üçün hər vasitə ilə Qrenlandiyanı almağa sadiq qalır", - deyə ABŞ liderinin rəsmi nümayəndəsi vurğulayıb.

Tramp dəfələrlə bəyan edib ki, Danimarkanın tərkibində muxtar bölgə olan Qrenlandiya ABŞ-a qoşulmalıdır. Adanın müstəqilliyi bu ilin martında Qrenlandiyada keçirilən parlament seçkilərində əsas məsələyə çevrilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu