Starmerin evini yandırmaqda ittiham olunanların məhkəməsi gələn il olacaq


Böyük Britaniyanın baş naziri Keyr Starmerin evini və siyasətçi ilə əlaqəli daha iki mülkü yandırmaqda ittiham edilərək həbs edilən üç Ukrayna vətəndaşının məhkəməsi 2026-cı ilin aprelində başlayacaq.



AFN.az xəbər verir ki, bu barədə Londonun Old Bailey-də keçirilən məhkəmə iclasının yekunlarına istinadən "The Times" qəzeti məlumat yayıb.



Bu işdə ümumilikdə üç nəfər iştirak edir. Bunlar iki Ukrayna vətəndaşı, 21 yaşlı Roman Lavrinoviç və 34 yaşlı Petro Poçinok, həmçinin 26 yaşlı Rumıniya və Ukraynada ikili vətəndaşlığı olan Stanislav Karpyukdur. Onlar “başqa şəxsə məxsus əmlaka zərər vurmaq” və “mülkə ziyan vurmaq və başqa şəxsin həyatına təhlükə törətmək niyyəti” maddələri ilə ittiham olunurlar.



İyunun 6-da Lavrinoviç və Karpyuk Londonun Belmarş yüksək rejimli həbsxanasından videobağlantı vasitəsilə məhkəməyə qatılıblar. Tərcüməçi vasitəsilə onlar yalnız adlarını və doğum tarixlərini təsdiqləyiblər. Məqalədə deyilir ki, Poçinok məhkəmə iclasında iştirak etməyib.



Hakim Parmjit Kaur Çeema-Grubb bütün müttəhimlər barəsində həbs qətimkan tədbiri seçib. Oktyabrın 17-də onlara qarşı irəli sürülən ittihamları etiraf etmək üçün yenidən məhkəmə qarşısına çıxmalı olacaqlar. İşə 2026-cı ildə İngiltərə və Uelsin Ali Məhkəməsində mahiyyəti üzrə baxılacaq.



Lavrinoviç, Poçinok və Karpyuk təkcə Starmerin Londonun şimalındakı Kentish Towndakı 2 milyon funt sterlinqlik şəxsi evinin qapısının deyil, həm də baş nazirin köhnə Toyota Rav 4 avtomobilinin, eləcə də hazırkı baş nazirə aid olan İslinqtondakı mənzilinin yandırılmasında iştirakda şübhəli bilinir.



İyunun 2-də iş üzrə digər şübhəli şəxs - 48 yaşlı kişi həbs edilib. Lakin onun nə adı, nə də milliyyəti açıqlanmayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu