Viktor Orban Zelenskinin Macarıstan haqda fikirlərinə cavab verdi


Viktor Orban: Zelenskinin Macarıstana hücumları macarların Ukrayna uğrunda ölmək istəməməsi ilə bağlıdır

AFN.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban, Vladimir Zelenskinin son açıqlamalarına cavab olaraq ölkəsinin hərbi münaqişəyə cəlb olunmaq istəmədiyini və vətəndaşlarının Ukrayna uğrunda ölməsini istəmədiyini bildirib.



Orban Facebook səhifəsində yazıb: “Prezident Zelenski bizə qarşı danışdı, çünki macarlar Ukrayna uğrunda ölmək istəmirlər. Biz uşaqlarımızın cəbhədən tabutda qayıtmasını və macar pullarının Ukraynaya getməsini istəmirik.”



Qeyd edək ki, Zelenski Macarıstanın onlayn nəşri Valaszonline-a müsahibəsində, Orbanın Ukraynaya hərbi yardımdan imtina etməsini səhv adlandırıb və Macarıstanın Ukrayna ərazisində kəşfiyyat fəaliyyəti apardığına dair sübutları dərc etməklə hədələyib.



Macarıstanın xarici işlər naziri Peter Szijjarto isə bu bəyanatları Budapeştin artıq bir neçə ildir qarşılaşdığı “kobud Ukrayna təbliğatı” nümunəsi kimi qiymətləndirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu