Pew Research: Dünyada müsəlmanların əhali artımı birinci yerdədir


ABŞ-ın Pew Research mərkəzinin yayımladığı hesabatda 2010-2020-ci illər arasında müsəlmanların sayı 347 milyon nəfər artaraq dünyada ən sürətlə artan dini qrup olduğu bildirilib.

Pew Research şirkəti 2010-2020-ci illər ərzində 10 ildən çox müddətdə əhali siyahısı, qeydiyyatlar və sorğular da daxil olmaqla 2700 məlumat mənbəyindən və 201 ölkədən iştirakçıların aid olduqları dinlə bağlı verdikləri cavabların təhlil olunduğu hesabatı yayımlayıb.

Hesabatda qeyd olunur ki, 10 ildən çox müddətdə 347 milyon nəfər artan müsəlman əhalisi digər dinlərlə müqayisədə ən sürətli artımı göstərib və bunun müsəlman cəmiyyətlərində təbii əhali artımından qaynaqlandığı bildirilir.

Digər tərəfdən, hesabatda xristianların sayı 122 milyon nəfər artsa da, dünya əhalisinə nisbətdə azaldığı qeyd olunub. Xristian əhalisinin faiz nisbətində 1,8 azalma olmasının səbəbi bu dinə mənsub olmayan qrupların sayının artması və bəzi xristianların bu dindən ayrılmasıdır.

Buna görə də dünyadakı müsəlman əhalisinin nisbəti 2010-cu ildə 23,9 faiz olduğu halda, 2020-ci ildə 25,6 faizə çatıb, xristianların sayı isə 30,6 faizdən 28,8% faizə düşüb. Hesabatda xristian əhalisinin ən çox Avropa və Amerikada azaldığına diqqət çəkilib.

Müsəlmanların Asiya-Sakit Okean, Orta Şərq və Şimali Afrika kimi bölgələrdə sıx yayıldığı qeyd olunan hesabatda, müsəlman əhalisinin Şimali Amerikada 52,3 faiz, Cənubi Afrika ölkələrində 33,8 faiz, Orta Şərq və Şimali Afrikada isə 23,9 faiz artdığı bildirilib.

Həmçinin hesabatda xristian əhalisinin Şimali Amerikada 10,8 faiz, Avropada 8,8 faiz azaldığı, Cənubi Afrika ölkələrində isə 31,2 faiz artdığı vurğulanıb.

Hesabatda xristianlığın Asiya-Sakit Okean, Orta Şərq və Şimali Afrika bölgələri xaricində ən geniş yayılmış din olduğu bildirilir, həmçinin ümumilikdə 24,2 faiz nisbəti ilə heç bir dinə mənsub olmayanların xristianlar və müsəlmanlardan sonra ən böyük üçüncü qrup olduğu qeyd edilir.

Digər tərəfdən, 2020-ci ildə buddistlərin sayının 2010-cu ilə nisbətən az, bu dövrdə 19 milyon nəfər azalma olduğu bildirilib, yəhudilərin əhalisinin isə 2010-2020-ci illər arasında 6% artaraq təxminən 15 milyon nəfərə çatdığı qeyd olunub.

Pew Research-un 2017-ci ildə yayımladığı hesabatda dünyada ən sürətlə böyüyən dinin İslam olduğu və 2075-ci ilə qədər İslamın dünyanın ən böyük dini ola biləcəyi vurğulanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu