ABŞ-da yeni rüsumlardan rekord gömrük gəlirləri: büdcə kəsiri azaldı


ABŞ büdcəsinə ötən ay rekord həcmdə gömrük gəlirləri daxil olub.



AFN.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd edilir ki, may ayında büdcəyə 23 milyard dollar gömrük daxilolmaları olub. Qurumun hesabatına görə, bu, keçən ilin may ayı ilə müqayisədə təxminən üç dəfə (17 milyard dollar və ya 270%) çoxdur.



Bu, ötən ayın büdcə kəsirinin azalmasına kömək edib. Büdcə kəsiri 316 milyard dollar təşkil edib ki, bu da bir ilin eyni ayı ilə müqayisədə 17% azdır. Maliyyə ilinin ilk səkkiz ayı ərzində (ABŞ-da sentyabrın 1-dən başlayır-red.) büdcə kəsiri 1,37 trilyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% azdır. Xəzinədarlıq Departamenti də ötən ay dövlət borcuna xidmət xərclərini azaldıb.



Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent bildirmişdi ki, bu maliyyə ilində büdcə kəsiri ÜDM-in 6,5%-dən 6,7%-ə qədər olacaq. Artıq üçüncü ildir ki, bu rəqəm ÜDM-ə nisbətdə 6%-i keçəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu