G7 sammitində fikir ayrılığı: birgə bəyanat olmayacaq

G7 ölkələrində fikir ayrılığı: sammitdən sonra ayrı-ayrı bəyanatlar yayımlaya bilərlər
G7 ölkələrinin liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək sammitdən sonra yekun birgə sənəd yerinə ayrı-ayrı bəyanatlar yayımlamağı planlaşdırırlar.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bu qərar ABŞ ilə digər G7 üzvləri arasında Ukrayna və digər məsələlərə dair dərin fikir ayrılıqları ilə əlaqələndirilir. Mənbələr bunu Vaşinqtonla digər ölkələr arasında “böyük uçurumun” tanınması kimi qiymətləndirirlər. Kanada Baş naziri Mark Karni isə münasibətləri yumşaltmaq üçün belə bir variantı üstün tutur.
Sammitin gündəliyində Ukraynadan başqa enerji təhlükəsizliyi, NATO üzv ölkələrinin müdafiə xərclərinin artırılması və kritik xammala çıxış məsələləri də yer alır.