Qlobal nüvə silahlanmasına xərclər 2024-cü ildə 100 milyard dolları keçdi


Nüvə Silahlarının Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) 2024-cü ildə qlobal silahlanma xərclərinin 100 milyard dolları keçdiyini açıqlayıb.



ICAN tərəfindən yayımlanan “Gizli Xərclər: 2024-cü ildə Nüvə Silahlarına Xərclər” adlı hesabatda həmin il dünyada 9 ölkənin nüvə silahına sahib olduğu bildirilib.



Hesabatda bu ölkələrin Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya, Böyük Britaniya və ABŞ olduğu qeyd olunub.



Ötən il bu sahəyə 100 milyard dollardan artıq vəsait xərcləndiyi və bunun əvvəlki illə müqayisədə 11 faiz artım demək olduğu vurğulanıb.



Hesabatda yalnız 2024-cü ildə özəl sektorun nüvə silahlarına dair müqavilələrdən azı 42,5 milyard dollar gəlir əldə etdiyi də bildirilib.



Hesabata görə, ABŞ 56,8 milyard dollarla nüvə silahlarına sahib digər ölkələrin ümumi xərclərindən daha çox pul sərf edib.



Çin 12,5 milyard dollarla ikinci, Böyük Britaniya isə 10,4 milyard dollarla üçüncü sırada qərarlaşıb.



Son 5 ildə qlobal nüvə silahlanmasına xərclərin 68 milyard dollardan 100 milyard dollara qədər artdığı qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu