ABŞ nüvə silahları ilə bağlı məlumatların məxfiliyini ləğv edib


ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) xəbər verir ki, Birləşmiş Ştatlar nüvə başlıqlarının sayı ilə bağlı məlumatların məxfiliyini ləğv edib.


2023-cü ilin sentyabr ayına olan məlumata görə, ölkədə 3748 nüvə başlığı var. 1994-cü ildən 2023-cü ilə qədər ABŞ-ın 12 088 döyüş başlığını demontaj etdiyi bildirilir. 30 sentyabr 2020-ci ildən indiyədək 405 döyüş başlığı məhv edilib. NNSA həmçinin 1967-ci ildə 31.255 ədəd və 1989-cu ildə 22.217 ədəd döyüş başlıqlarının sayı haqqında məlumat verib.

Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) məlumatına görə, ABŞ 2023-cü ildə atom silahlarına 51,5 milyard dollar xərcləyib, nüvə arsenalına malik doqquz ölkənin (ümumi xərclərin 80 faizi) ən çox pul xərcləyən ölkəsidir. Ümumilikdə ölkələr öz arsenallarının saxlanması və modernləşdirilməsinə 91,4 milyard dollar xərcləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu