BMT Təhlükəsizlik Şurası İranın tələbi ilə bu gün toplanacaq


İranın rəsmi müraciəti əsasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası bu gün İsrailin İrana qarşı həyata keçirdiyi hücumları müzakirə etmək üçün fövqəladə iclasa toplanacaq.



Diplomatik mənbələrin verdiyi məlumata görə, Tehran administrasiyasının çağırışı ilə baş tutacaq toplantı gün ərzində baş tutacaq.



İran tərəfindən BMT Təhlükəsizlik Şurasına göndərilən rəsmi məktubda İsrailin son hücumları “qanunsuz və qorxaqcasına” adlandırılıb.



Həmin məktubda İran bu hücumlara qətiyyətli və mütənasib cavab veriləcəyini də açıq şəkildə bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu