4-cü “YAŞAT” düşərgəsi Lənkəranda başladı

16 iyun 2025-ci il tarixində “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 4-cü “YAŞAT” düşərgəsinə start verilib.
Ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə görüşlər, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.
“Lankaran Springs Wellness Resort” Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.
Avqust ayının sonunadək reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər.
Düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıb.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.
Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;
Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;
Dəstəkçilər: Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “Badamlı Mineral Suları”, “Sevgiilə” layihəsi, Milla, “Shokki Mokki”, “Happy day cake”, “Libraff” kitab mağazaları şəbəkəsi, “Digital Umbrella” şirkəti, “VAVA Constructor”, “Nefertum Perfume”, “innoBala” - Yaradıcı İnkişaf Mərkəzi, SİMART Sağlam İnkişaf Platforması, R Group Holding, Dayaq Xeyriyyə;
Media dəstəyi: ASAN Radio/TV