Kirişnerin həbs cəzası ev dustaqlığı ilə əvəz olundu


Argentinada federal məhkəmə korrupsiya işi üzrə 6 il həbs və ömürlük dövlət vəzifələrindən məhrumetmə cəzasına məhkum edilən sabiq prezident Kristina Fernandes de Kirişnerin cəzasını ev dustaqlığı ilə əvəz edib.



Məhkəmə bu qərarı Kirişnerin yaşı (72) və 2022-ci ildə qarşılaşdığı sui-qəsd cəhdi nəzərə alınaraq verib.



Kristina Kirişnerin Buenos Ayresin Constitucion rayonundakı evində elektron qolbaqla cəzasını çəkməsinə qərar verilib.



Kirişner yalnız məhkəmənin icazəsi və ya təcili hallarda evdən çıxa biləcək.



Qərardan sonra onlarla insan Kirişnerin evinin ətrafına toplaşaraq ona dəstək aksiyası keçirib.



Məhkəmə əlavə olaraq Kirişnerin 48 saat ərzində ailə üzvləri, polis mühafizə heyəti, müntəzəm müalicəsini həyata keçirən tibb personalı və vəkillərinin adlarını əhatə edən bir siyahını təqdim etməsini tələb edib.



Bu şəxslər məhkəmə icazəsi olmadan Kirişnerin evinə daxil ola biləcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu