ABŞ artıq İrana qarşı müharibəyə başlayıb

ABŞ artıq İrana qarşı müharibəyə başlayıb.
AFN.az xəbər verir ki, bu barədə amerikalı hərbi analitik və keçmiş dəniz zabiti Brayan Berletiç X hesabında bildirib.
"ABŞ artıq İranla müharibəyə girib. Vaşinqton hədəfləri yalnız amerikalıların əldə edə biləcəyi kəşfiyyat məlumatlarından istifadə edərək seçir", - - deyə ekspert qeyd edib.
Berleticin sözlərinə görə, Amerika tərəfi İsrail Müdafiə Qüvvələrini (IDF) lazımi təyyarə və bombalarla təmin edir, həmçinin israilli mütəxəssislərlə İrana zərbələr endirmək üçün raketlər hazırlayır. O, həmçinin bildirib ki, ABŞ İranın hava hədəflərinin tutulmasında özü iştirak edir.