Norveçin Təl-Əvivdəki səfirliyinə əl qumbarası atılıb


İsrailin İrana qarşı hücumlarının fonunda Norveçin Təl-Əvivdəki səfirliyinin yaşayış binasına əl qumbarası atılıb.



İsrailin xarici işlər naziri Gideon Saar sosial şəbəkə hesabında verdiyi açıqlamada bağçasına əl qumbarası atılan Norveçin Təl-Əvivdəki səfiri Per Egil Selvaag ilə telefonla danışdığını bildirib.



Saar hücumu qınadığını vurğulayıb və İsrail polisinin hücumu törədən şəxsləri tezliklə taparaq qanun qarşısına çıxaracağına inandığını deyib.



Digər tərəfdən, İsrail mediasında yer alan xəbərlərə əsasən, Norveç Xarici İşlər Nazirliyi də verdiyi yazılı açıqlamada hadisə zamanı heç bir əməkdaşın xəsarət almadığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu