Norveçdən İsrailin diplomatlarını akkreditasiya etməməsinə reaksiya


İsrail işğal olunmuş Fələstin ərazilərində xidmət edən norveçli diplomatları bir daha akkreditasiya etməyəcəyini bildirib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Norveçin Xarici İşlər Nazirliyi açıqlayıb. Xarici işlər naziri Espen Bart Eide açıqlamasında bildirib ki, Norveç vəziyyətlə bağlı durumu nəzərdən keçirir.

"Bu, ilk növbədə Fələstin əhalisinə kömək etmək qabiliyyətimizə təsir edən ifrat bir hərəkətdir... Bugünkü qərarın Netanyahu hökuməti ilə münasibətlərimiz üçün nəticələri olacaq", - deyə xarici işlər naziri bildirib.

Qeyd edək ki, İsrail bundan əvvəl Fələstin əraziləri ilə əlaqələri olan səkkiz norveçli diplomatın akkreditasiyasını ləğv etdiyini bildirmişdi.

Təl-Əviv qərarını Norveçin Fələstin dövlətini tanıması ilə izah edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu