Ermənistanən Təl-Əvivdəki səfiri İsrail XİN-ə çağırıldı


İrəvanın Fələstinin müstəqilliyini tanımasından sonra Ermənistanın İsraildəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.


AFN.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın Fələstin dövlətini tanımasından sonra İsrail Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini nota vermək üçün çağırıb”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi bu gün bəyanat yayaraq İrəvanın "beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək" Fələstin dövlətini tanıdığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu