Xüsusi karantin rejimi 1 oktyabra qədər uzadıldı

Karantin rejiminin müddəti uzadılıb.
AFN.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, sonuncu dəfə xüsusi karantin rejimi 1 iyul 2025-ci ilədək uzadılmışdı.