ABŞ səfirliyindən Qətərdəki vətəndaşlarına sığınacaq çağırışı

ABŞ-ın Qətərdəki səfirliyi bölgədəki gərginlik səbəbilə ölkədə yaşayan ABŞ vətəndaşlarına sığınacaqlara getmələri barədə çağırış edib.
ABŞ Səfirliyi bu barədə internet saytında açıqlama yayımlayıb.
Açıqlamada İranın ABŞ bazalarına cavab olaraq mümkün addımlarına qarşılıq olaraq, əlavə ehtiyat tədbiri kimi yeni xəbər verilənədək ABŞ vətəndaşlarına sığınacaqlarda qalmağı tövsiyə edib.
Qətər Xarici İşlər Nazirliyi isə bu gün verdiyi açıqlamada bölgədəki hadisələr fonunda təhlükəsizlik məqsədilə ölkənin hava nəqliyyatının müvəqqəti dayandırıldığını bildirib.
ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd Hava Bazası 8 min ABŞ hərbiçisi ilə Yaxın Şərqdəki ən böyük hərbi baza hesab olunur.
Qətərdəki bu baza da daxil olmaqla, ABŞ-ın Yaxın Şərqin müxtəlif bölgələrində yerləşən hərbi bazalarında ümumilikdə təxminən 40 min şəxsi heyəti var.