Əmmana İrana məxsus partlayıcı başlıqlı PUA düşdü


İordaniyanın paytaxtı Əmmanın qərbində partlayıcı başlıqlı İran istehsalı “Şahid 101” tipli pilotsuz uçuş aparatı (PUA) düşdüyü bildirilib.



İordaniyanın El-Memleke televiziyasının məlumatına görə, Əmmanın qərbində “Um Uzeyne”də bir restoranın yaxınlığına PUA düşüb və zərər vurub.



Hadisədən sonra ərazi təhlükəsizlik kordonuna alınıb, polis qüvvələri və hərbi mühəndis qrupu hadisə yerinə gəlib.



İranın “Şahid 101” kamikaze tipli PUA-sının texniki nasazlıq səbəbindən düşdüyü, partlayıcı başlığın isə insan itkisi və yaralanmaya səbəb olmadan zərərsizləşdirildiyi bildirilib.



İsrailin İran üzərinə güclü hücumları ilə başlayan toqquşmalarda İordaniyada 30 PUA-nın vurulduğu və yüzlərlə digərinin havada zərərsizləşdirildiyi məlumatı verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu