Tramp Netanyahuya zəng etdi: Müharibəni dayandırın


ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan etməzdən əvvəl yəhudi dövlətinin baş naziri Benyamin Netanyahuya zəng edərək ondan bütün hərbi əməliyyatları dayandırmağı tələb edib. Bildirib ki, Tehran artıq “əhəmiyyətli dərəcədə zəifləyib”.



AFN.az xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən "NBC News" məlumat yayıb.



Kanalın mənbəsinin sözlərinə görə, daha müharibə yoxdur.



Eyni zamanda, ABŞ prezidentinin milli təhlükəsizlik komandası vasitəçilər vasitəsilə İrana mesajlar göndərərək ondan da İsrailə zərbə endirməkdən çəkinməyi və atəşkəslə razılaşmağı tələb edib. Telekanalın məlumatına görə, bundan əvvəl Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Taniyə zəng edərək, atəşkəsə nail olmaq üçün Tehrana təsir göstərməsini istəyib. "NBC News"un məlumatına görə, ABŞ prezidenti hər iki tərəfi tezliklə atəşkəsin zəruriliyinə inandıra bilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu