Tramp: İsrail-İran atəşkəsi daimidir


ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin daimi olacağını gözləyir.



"Məncə, atəşkəs daimidir. Bu, əbədi davam edəcək", - deyə o, "NBC News"a bildirib. Amerika lideri israr edir ki, müharibə tamamilə başa çatıb və o, İsraillə İranın bir daha bir-birinə atəş açacağına inanmır.



ABŞ prezidenti bundan əvvəl bildirib ki, İsrail və İran yaxın saatlarda tam atəşkəs barədə razılığa gəliblər. Trampın sözlərinə görə, əvvəlcə Tehran atəşi dayandıracaq, yəhudi dövləti bunu 12 saat ərzində edəcək və 24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu