Naxçıvanda avtoxuliqanlıq edən sürücülər saxlanıldı


Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-75077-DL-088 dövlət qeydiyyat nişanlı iki “BMW” markalı avtomobilin sürücüləri saxlanılıblar.



AFN.az-a Dövlət Yol Polisindən verilən məlumata görə, onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.



Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu