Aİ Rusiya əleyhinə 18-ci sanksiya paketini təsdiq edə bilmədi

Avropa İttifaqı sammiti Rusiya əleyhinə 18-ci sanksiyalar paketini təsdiq edə bilməyib, onun üzərində iş davam etdiriləcək.
AFN.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta sammitin yekunlarına dair mətbuat konfransında deyib.
“18-ci sanksiyalar paketi üzərində iş davam etdiriləcək, o, həlledici mərhələdədir", - deyə Kosta qeyd edib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen də 18-ci sanksiyalar paketi üzərində işin tam sürətlə getdiyini bildirib, lakin onun nə vaxt tamamlanacağını açıqlamayıb.
Brüsseldəki diplomatik mənbələrdən verilən məlumata görə, sammitdə növbəti sanksiyalar paketinin təsdiqlənməsinə Slovakiya mane olub, indi bu məsələ yenidən Aİ ölkələrinin səfirləri tərəfindən müzakirə olunacaq.