Ermənistanda Erməni Apostolik Kilsəsinin mərkəzinə əməliyyat keçirildi

Ermənistanda təhlükəsizlik qüvvələri Erməni Apostolik Kilsəsinin Eçmiadzin şəhərində yerləşən mərkəzinə əməliyyat təşkil edib.
Erməni mətbuatında yayılan xəbərlərə görə, hakimiyyəti ələ keçirmək və konstitusion quruluşu zorakılıq yolu ilə dəyişmək çağırışları etməkdə ittiham olunan Şirak Başpiskopu Mixail Acapahyanın saxlanılması məqsədilə kilsə binası mühasirəyə alınıb.
Əməliyyat erməni dini rəhbəri Katolikos II Qareginin başpiskoposlar və din xadimləri ilə görüş keçirdiyi vaxt həyata keçirilib. Kilsə qarşısında təhlükəsizlik qüvvələri ilə müdaxilə etməyə çalışan bir qrup papaz və vətəndaş arasında toqquşma baş verib.
Katolikos II Qaregin kilsədən çıxaraq təhlükəsizlik qüvvələri ilə etirazçılar arasındakı gərginliyi azaltmağa çalışıb. O, Acapahyanın təhlükəsizlik qüvvələrinə təslim olacağını və kilsənin vəkilinin də prosesdə iştirak edəcəyini bildirib. Qısa müddət sonra Acapahyan saxlanılıb.
Təhlükəsizlik qüvvələri həmçinin Şirak Başpiskopluğunda da axtarış apararaq bəzi kompüterləri və sənədləri götürüb.