İngiltərə Kilsəsi Ruhani Lideri uşaq zorakılığına göz yummaq iddialarından sonra istefa verdi
Anqlikan Kilsəsinin yay düşərgələrinə qatılan oğlan və gəncləri təhqir edən vəkil Con Smiti "hakimiyyətə məlumat verməməklə sui-istifadənin davam etməsinə icazə verməkdə" günahlandırılan İngiltərə Kilsəsinin Ruhani Rəhbəri və Kanterberi arxiyepiskopu Castin Uelbi istefa verib.
Kral III Çarlza ünvanladığı istefa məktubunu X hesabından paylaşan Uelbi araşdırmalar nəticəsində Smitin cinayətlərinin üzə çıxdığını bildirib.
Məsələ ilə bağlı 2013-cü ildə məlumatlandırıldıqlarını və məsələni polisə çatdırdıqlarını qeyd edən Uelbi, "Yanlış şəkildə doğru qərarın veriləcəyinə inandım" deyib.
İnstitusional və şəxsən məsuliyyət daşıdığını ifadə edən Uelbi, "Ümid edirəm ki, bu qərar İngiltərə Kilsəsinin daha təhlükəsiz bir kilsəyə çevrilməkdə nə qədər qərarlı olduğunun göstəricisi kimi qiymətləndiriləcək" deyib.
Kral Çarlzın başçılıq etdiyi kilsənin ruhani rəhbəri Uelbi son günlərdə mövzu ilə bağlı xəbərlər səbəbiylə yenidən utanc və xəyal qırıqlığı hiss etdiyinə diqqət çəkib.
"Təxminən 12 ildir ki, təkmilləşdirməyə çalışıram" deyən Uelbi zorakılıq qurbanları və onların ailələri ilə görüşməyə davam edəcəyini və riski azaltmağa çalışacağını vurğulayıb.
Uelbi istefasının kilsə üçün də ən yaxşı qərar olduğunu bildirib.
Mənbə: AA