Nigeriyada mart–iyun dövründə daşqın və tufanlarda 220 nəfər öldü


Nigeriyada mart ilə iyun ayları arasında baş verən güclü yağış, tufan və daşqınlar səbəbindən ən azı 220 nəfər ölüb.

Yerli mətbuatın xəbərinə görə, mart–iyun aylarında təsirli olan güclü yağış, tufan və daşqınların nəticəsində ən azı 220 nəfər ölüb, 60-dan çox adam yaralanıb, 2 500-dən çox ev dağıdılıb və 8 mindən çox insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.

Sokoto, Kaduna, Taraba, Cross River, Ekiti, Ogun, Niger və Imo əyalətlərində baş verən fəlakətlər çoxsaylı yaşayış məntəqələrində böyük dağıntılara səbəb olub.

Ölkədə ən ağır itkilərin olduğu Niger əyalətinin Mokwa şəhərində daşqınlar nəticəsində 200-dən çox insan həyatını itirib. Sokoto, Kaduna, Taraba, Ogun və Imo əyalətlərində isə fərqli saylarda tələfatlar qeydə alınıb.

Nigeriya Hidrologiya Xidmətləri Agentliyi (NHSA) bildirib ki, iyul–sentyabr dövründə ölkə üzrə 144 yerli idarəetmə birliyi və 549 icma hələ də yüksək daşqın riski altındadır.

NHSA daşqın riskinin əsas səbəbləri kimi infrastruktur çatışmazlığı, planlaşdırılmamış şəhərləşməni və zəif drenaj sistemlərini göstərib.

Su Resursları və Sanitariya Naziri professor Cozef Terlumun Utsev daşqın fəlakətlərinin mümkün zərərlərinin böyük hissəsinin 10 aprel tarixində yayımlanan "2025 Daşqın Baxışı Hesabatı" ilə əvvəlcədən proqnozlaşdırıldığını bildirib.

Utsev yerli idarəetmələrə mümkün daşqın fəlakətlərinə qarşı təcili tədbirlər görmələri üçün çağırış edib.

Risk Menecerləri Assosiasiyasının (RIMSON) sədri, doktor Abbas G. İdriss isə fəlakət idarəçiliyinin reaksiyaya əsaslanan deyil, qabaqlayıcı sistemə çevrilməsinin vacibliyini vurğulayıb.

İdriss fəlakət təhsilinin məktəb proqramına əlavə olunması, erkən xəbərdarlıq sistemlərinin yenidən gözdən keçirilməsi və fəlakətlər üçün ayrılan büdcələrin artırılması çağırışı edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu