Rusiyaya qarşı 18-ci sanksiyalar paketi yaxın günlərdə qəbul oluna bilər

Fransa Avropa İttifaqının 18-ci anti-Rusiya sanksiyaları paketinin yaxın günlərdə razılaşdırılacağını gözləyir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Jan-Noel Barrot deyib.
“Müzakirələr yekunlaşmaq üzrədir”, - deyə o, yeni sanksiyalar paketinin Aİ ölkələri tərəfindən nə vaxt razılaşdırılacağı ilə bağlı sualı cavablandırıb.
Nazirin sözlərinə görə, Avropa bu məsələ ilə bağlı səyləri amerikalı senatorlarla əlaqələndirir.