Los Ancelesdə tikilməkdə olan tunel çökdü

ABŞ-ın Kaliforniya ştatına bağlı Los Anceles şəhərində tikilməkdə olan böyük tunelin bir hissəsi çöküb. Təxminən 1 saat tuneldə qalan 31 işçi xilas edilib.
Los Anceles yanğınsöndürmə xidmətinin rəsmiləri açıqlayıblar ki, şəhərdə inşası davam edən tunelin bir hissəsi çöküb və 31 işçi girişdən təxminən 9,6 kilometr məsafədə tunelin içərisində köməksiz vəziyyətdə qalıb.
Los Ancelesin meri Karen Bass sosial media hesabında verdiyi açıqlamada çöküntüdən təxminən 1 saat sonra tuneldə qalan bütün işçilərin xilas edildiyini bildirib.